Azərbaycan Respublikası Prezidentinin
Mətbuat xidmətinin məlumatı
Məlum olduğu kimi, fevralın
28-də Fransa Konstitusiya Şurası qondarma "erməni
soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə
cəlb olunmasını nəzərdə tutan qanunu ləğv
etmişdir. Bununla bağlı bildiririk ki, Azərbaycan
Respublikasının Prezidenti Fransa Konstitusiya
Şurasının bu ədalətli qərarını
alqışlayır, bunu söz və fikir
azadlığının təzahürü kimi dəyərləndirir.
Eyni
zamanda, dövlətimizin başçısı Fransa
Senatının bir qrup üzvünün qondarma "erməni
soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə
cəlb olunmasını nəzərdə tutan qanunun ləğv
edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və
Fransa ictimaiyyətinə ünvanladığı müraciəti
yüksək qiymətləndirir və Fransada bu qəti
mövqedə duran bütün insanlara minnətdarlığını
bildirir.
Qeyd etmək
lazımdır ki, Fransa Konstitusiya Şurasının bu
addımı dünya ermənililiyinin
riyakarlığının qarşısına çəkilmiş
bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin
iflasa uğramasının növbəti nümunəsidir.
Azərbaycan.- 2012.- 1 mart.- S. 1.