Azərbaycanda güclü inkişaf gedir

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oqtay Əsədov qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan ilə Pakistan arasında dostluq və tərəfdaşlıq münasibətləri uğurla inkişaf edirsevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında - həm Milli Assambleyada, həm də Senatda Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir. Onun sözlərinə görə, hələ Dağlıq Qarabağ münaqişəsi başlayan zaman Pakistan Azərbaycana humanitar yardım göstərib. Eyni zamanda Azərbaycan qardaş ölkəyə öz yardımlarını əsirgəməyib.

Milli Məclisin Sədri bildirib ki, hər iki ölkə BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür və tərəflər faydalı əməkdaşlıq edə bilərlər. Kəşmir münaqişəsinin həlli istiqamətində isə Azərbaycan daim Pakistanın mövqeyini müdafiə edib. "İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımı ilə baglı qətnamə qəbul edərkən bu quruma üzv olan bütün ölkələri ayrı-ayrılıqda bu faciəyə qiymət verməyə çağırmışdır. İlk olaraq bu addımı Pakistan atdı və Azərbaycanın yanında olduğunu bir daha sübut etdi" - deyən Oqtaq Əsədov əmin olduğunu bildirib ki, həm Qarabağ, həm də Kəşmir problemi BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı ədalətli qərarlarla süh yolu ilə həllini tapacaq.

Mir Can Camali isə ölkəmizdə çox güclü inkişafın getdiyiniulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli varisi Prezident İlham Əliyevin Azərbaycanı güclü dövlətə çevirdiyini söyləyib. Onun sözlərinə görə, hər iki dövlətin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı varbu əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bu münasibətlərin daha da genişlənməsi üçün Azərbaycan və Pakistan parlamentarilərinin üzərinə böyük düşür. "Biz belə hesab edirik ki, Dağlıq Qarabağ problemi həm də Pakistanın problemidir. Ona görə də heç vaxt geriyə addım atmayacağıq" - deyə Mir Can Camali bildirib.

 

 

 Azərbaycan.- 2012.- 1 mart.- S. 1.