Regionların bugünkü inkişafı düzgün iqtisadi siyasətdən qaynaqlanır

 

Azərbaycanın iqtisadi qüdrəti ildən-ilə artır. Ölkə gücləndikcə dünyadakı nüfuzu da artır, onunla əməkdaşlıq, tərəfdaşlıq, dostluq etmək istəyənlərin sayı da çoxalır. Bunların hamısı ölkənin daxilində bütün işlərin düzgün qurulmasından və dəqiq icra edilməsindən qaynaqlanır. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu cəhət xüsusi vurğulanmış, inkişafımızın təməlində düzgün siyasətimizin dayandığı bir daha qeyd edilmişdir.

Prezident İlham Əliyev konfransdakı giriş nitqində demişdir: "Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan ibarətdir".

Hazırda ölkədə sosial-iqtisadi inkişafa yönəldilən bir sıra proqramlar həyata keçirilir. Bunlardan ən əhəmiyyətlisi üç ildir icra olunan 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulmuş Dövlət Proqramıdır. Məlum olduğu kimi, bundan əvvəl müvəffəqiyyətlə icra olunmuş birinci proqram 2004-2008-ci illəri əhatə etmişdi. Birinci proqram kimi ikincininuğurla həyata keçirilməsi bölgələrdə həyatı canlandırır - yeni müəssisələr yaradılır, infrastruktur təzələnir, insanların məişət şəraiti yaxşılaşdırılır. Nəticə etibarı ilə yeni yerləri yaranır, yoxsulluq azalır, iqtisadiyyat şaxələnir, urbanizasiyanın qarşısı alınır.

1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən ölkədəki xaosanarxiyaya son qoyulması, 1990-cı illərin ortalarından iqtisadi islahatların həyata keçirilməsi inkişafın əsasını təşkil etdi. "Əsrin müqaviləsi" Azərbaycanı bütün dünyaya tanıtdırdı. Neft sektoruna böyük həcmdə investisiyalar qoyuldu. Uğurlu iqtisadi inkişafımız da məhz həmin sərmayələr hesabına başlandı. İndi Azərbaycan neftdən əldə etdiyi gəlirləri qeyri-neft sektoruna yönəldir, öz iqtisadiyyatının diversifikasiyasına, bütün bölgələrinin inkişafına nail olur.

Konfransda deyildiyi kimi, əgər indiyə qədər neft-qaz sektorunda əsas investisiyalar xaricdən gəlirdisə, hazırda balans dəyişir. Bu sektorda əsas yük Azərbaycan dövlətinin öz üzərinə düşür. Prezident İlham Əliyev bu barədə demişdir: "Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşduronlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir".

Əlbəttə, bu, çox böyük məbləğdir. Həmin vəsait 2012-ci ildə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun yüksək templərlə inkişafını təmin edəcək.

Sevindirici faktdır ki, indi Azərbaycanın investisiyalarını öz ölkələrinə cəlb etmək üçün başqa dövlətlərdə müəyyən işlər gedir. Azərbaycan öz şirkətləri və sərmayələri ilə xarici bazara çıxır. ARDNŞ böyük biznes imkanlarına malik beynəlxalq şirkətə çevrilib. Avropada və digər qitələrdə SOCAR-ın fəaliyyət dairəsi genişlənir. Bəzi ölkələrin yanacaq balansında Azərbaycanın rolu 20-30 faizə çatıb. Məhz enerji siyasətinin düzgün qurulması regionların, qeyri-neft setorunun bugünkü uğurlarının təminatçısı olub.

İndi Azərbaycan tək neft deyil, həm də qaz ixrac edən ölkə kimi tanınır.

Bu gün Azərbaycanın qaz ehtiyatları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Gələcək illərdə bu rol daha da artacaq. Dövlət başçısının dediyi kimi: "Hazırda əksər qonşulara Azərbaycan qazı nəql edilir. Gələcəkdə daha da böyük həcmdə nəql olunacaqdır. Bu sahədə əlbəttə ki, biz qazın sahibi və ixracatçısı kimi öz siyasətimizi müdafiə edirik. Bizim siyasətimiz istehlakçıların maraqlarına da uyğundur. Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə, ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir... Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyatgüclü siyasət əsasında güclü dövlət yaradırıq".

Bunun üçün ölkəmizdə sahibkarlığın, biznesin inkişafına daha yaxşı şəraitin yaradılmasına da önəm verilir. Kənd təsərrüfatının, emal sahəsinin inkişafı ilə bağlı genişmiqyaslı işlər görülür. Nəticədə özəl sektorun ümumi daxili məhsulda çəkisi artır. Məlum olduğu kimi, hər bir ölkə üçün ərzaq təhlükəsizliyi məsələsi çox vacibdir. Bu, enerji, nəqliyyat təhlükəsizliyi qədər vacib məsələdir. Odur ki, son illərdə ölkə əhalisinin yerli ərzaq məhsulları ilə təminatı sahəsində böyük dönüş yaradılıb. Kənd təsərrüfatı qarşısında taxıla, heyvandarlıq məhsullarına, meyvə və tərəvəzə olan tələbatın indikindən yüksək səviyyədə ödənilməsi vəzifəsi qoyulub. Bu, əhalinin maddi rifahı deməkdir.

Maddi vəziyyət yaxşılaşdıqca isə bölgələrin siması da dəyişir. İndi elə bir rayon yoxdur ki, orada tikinti, quruculuq, abadlıq işləri aparılmasın. Hər bölgədə sosial layihələr həyata keçirilir.

Hələ bölgələrin inkişafına yönəldilmiş birinci Dövlət Proqramı icra edilərkən əhalinin enerji ilə təminatı sahəsində geniş tədbirlər görülmüşdü. İqtisadiyyat inkişaf edir, əhali artır, yaşayış massivlərinin sayı çoxalır. Odur ki, elektrik enerjisi məsələsi yenə də gündəmdədir. Bu il Şirvan şəhərində 780 meqavat gücündə "Cənub" Elektrik Stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. Şüvəlan qəsəbəsində keçən il təməli qoyulmuş 400 meqavatlıq "Şimal-2" stansiyası isə gələn il işə düşəcək. Bu qəbildən olan digər iri obyektlərlə yanaşı, hətta kiçik çaylarda həcmi çox böyük olmayan su elektrik stansiyaları da tikilir.

Bölgələrin inkişafına, əhalinin öz kəndində-kəsəyində bərqərar olmasına təkan verən digər amillər də çoxdur. Son illər saysız-hesabsız yollar təmir edilib və yeniləri çəkilib, qazlaşdırma ən ucqar kəndlərə qədər gedib çatıb.

2012 və 2013-cü illərdə infrastruktur layihələrinə, o cümlədən yol tikintisinə böyük vəsait ayrılacaq. Kənd yollarının təmirinə və inşasına sərmayələr yönəldilir, onların tikintisi birbaşa yerli icra orqanlarına tapşırılıb. Başqa sözlə, dövlət başçısı kənd yollarının abadlaşdırılmasını qarşıya məqsəd  qoyub: "Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcəkdir. İmkanlarımız hələ ki, buna çatır. Əgər daha da sürətli inkişafa nail ola bilsək, həm bu il, həm də gələn il Proqrama əlavələr də edə bilərik. Ancaq qarşıya hədəf qoyulubdur ki, kəndlərdə yaşayan əhalinin 80 faizi mütləq əsaslı təmir edilmiştikilmiş yollardan artıq istifadə edəcəkdir. Məqsəd isə əlbəttə ki, kənd yollarının 100 faiz qaydaya salınmasıdır. Biz bu məqsədə də çatacağıq".

Bununla yanaşı, magistral, şəhərlərarası yollar da diqqət mərkəzindədir.

2013-cü ilin sonuna qədər Azərbaycanda qazlaşmanın 95 faizə çatdırılması qarşıda aktual bir vəzifə kimi dayanır. Bu vəzifənin reallaşmasına həm dənizdəki və qurudakı yataqlardan çıxarılan qazın getdikcə artması, həm də əhalinin mavi yanacaqla təminatı istiqamətində görülən məqsədyönlü işlər imkan verir. Əlbəttə ki, bu, böyük vəsait və geniş texniki imkanlar tələb edən bir işdir. Bununla belə, yeni xətlər çəkilir, köhnəlmiş, yararsız hala düşmüş xətlər təzələnir. Bu işlər həm bölgələrdə, həm də paytaxtda, Bakıətrafı kənd və qəsəbələrdə gedir.

Bütün bu sosialinfrastruktur layihələri bölgələrdə həyatın getdikcə canlanmasına səbəb olur. Nəticədə hər rayonun təbii imkanlarından daha geniş istifadə olunmasına, yeni müəssisələrin açılmasına, sahibkarlığın, aqrar sahənin, turizmins. inkişafına ehtiyacimkan yaranır. Təsadüfi deyil ki, təkcə keçən il ölkədə 72,4 mini daimi olmaqla 94 mindən çox yeni yeri açılıb. 5 mindən çox müəssisə yaradılıb. İndi bölgələrdə fəaliyyət göstərən elə müəssisələr var ki, onların məhsulları xaricə ixrac olunur. Bunlar əlbəttə ki, qeyri-neft sahəsində buraxılan məhsullardır.

Bölgələrin inkişafına yönəldilən dövlət proqramlarının uğurla yerinə yetirilməsi daha böyük məqsədləri hədəf kimi götürməyə imkan verir. Prezident İlham Əliyev konfransdakı yekun nitqində bu məsələyə də toxunmuşdur: "Hədəf ondan ibarətdir ki, növbəti 10 ildə - 2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir. Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın. Bu, çox böyük, çətin hədəfdir. Nəzərə alsaq ki, ümumi daxili məhsulumuz artıq 3 dəfə artmışdır, indi 3 dəfə artmış iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq. Yaxşı başa düşürük ki, artıq neft və qazın hesabına bunu artırmaq mümkün olmayacaqdır. Çünki biz neft hasilatının yüksək həddinə çatmışıq, ondan çox artırmaq da lazım deyildir. Mən hesab edirəm ki, hasilatı bu səviyyədə saxlamalıyıq ki, daha da uzun müddət ərzində insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna qeyri-neft sektorunun hesabına nail ola bilərik".

Ölkə başçısı konfransda bunun üçün dövlət və özəl qurumlarını birgə fəaliyyət göstərməyə, birlikdə planlar işləyib hazırlamağa çağırmışdır.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 1.