Ölkələrarası əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Bakıda səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, görüşdə K. Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışmış, nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.

Qonaq hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır. O, həmçinin Pakistan İslam Respublikasında musson yağışları nəticəsində baş vermiş daşqınlardan zərər çəkmiş insanlara Fövqəladə Hallar Nazirliyinin göstərdiyi yardıma görə təşəkkür etmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 2.