Azərbaycanın
və Fələstinin milli informasiya agentlikləri arasında əməkdaşlıq
əlaqələrinin qurulması məsələləri
müzakirə olunmuşdur
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman fevralın 29-da Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov ilə görüşmüşdür.
Görüşdə müasir dünyada ölkələr və xalqlar arasında münasibətlərin inkişaf etdirilməsində informasiyanın rolundan danışılmış, Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə Fələstinin WAFA Xəbərlər Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunmuşdur.
Anlaşma Memorandumunun bu ilin oktyabrında
Bakıda keçiriləcək II Beynəlxalq Humanitar Forum
çərçivəsində imzalanması təklif
olunmuşdur. Həmçinin görüşdə Azərbaycan
və Fələstin xalqları arasındakı tarixi, mədəni
əlaqələrdən söhbət
açılmışdır.
Azərbaycan.- 2012.- 1 mart.- S. 7.