Akademik İbrahim
İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfrans
davam edir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor İbrahim İbrahimovun 100 illik yubileyinə həsr olunmuş "Funksiyalar nəzəriyyəsi və harmonik analizin problemləri" mövzusunda beynəlxalq konfrans fevralın 29-da işini bölmə iclaslarında davam etdirmişdir.
AzərTAc xəbər verir ki, "Riyaziyyat", "Mexanika" və "Tətbiqi riyaziyyat" bölmələrində dünyanın bir sıra ölkələrindən tanınmış alim və mütəxəssislər çıxış etmişlər.
İclasda "Vacib çoxluqların istilik həcminin qiymətləri", "Elastiki bərkidilmiş və aralarında maye olan konsentrik sferik daxiletmələrin sərbəst rəqslərinin tədqiqi", "Analitik funksiyaların bir sinfində kubatur düsturların qurulması və tətbiqləri", "Təsvirlər üzrə obyektlərin gemometrik xüsusiyyətlərinin təyin edilməsi", "Bir diferensial operatorun ikinci izinə dair", "Parabolik tənliyə cırlaşan birxarakteristikalı tənlik üçün sonsuz zolaqda qoyulmuş sərhəd məsələsinin həllinin asimptotikası" və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilmişdir.
Konfrans martın 1-də başa
çatacaqdır.
Azərbaycan.- 2012.- 1 mart.- S. 7.