Gənc azərbaycanlı
pianoçu Belqradda
keçirilən beynəlxalq musiqi
müsabiqəsinin qalibidir
Belqrad şəhərində gənc pianoçuların 9-cu "Davorin Yenko" beynəlxalq musiqi müsabiqəsi keçirilmişdir. Serbiya, Rusiya, Ukrayna, Avstriya, Sloveniya, Makedoniya, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina, Bolqarıstan və Slovakiyadan olan gənc istedadların iştirak etdikləri müsabiqədə Azərbaycanı Xırdalan musiqi məktəbinin müəlliməsi Kamilla Əmirovanın yetirməsi Atabala Manafzadə təmsil etmişdir.
Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Qabil Köçərli AzərTAc-a bildirmişdir ki, beş yaş kateqoriyası üzrə keçirilən müsabiqədə A.Manafzadə 14 və 17 yaşa qədər olan iki qrupda çıxış etmişdir. Gənc azərbaycanlı pianoçunun ifası hərarətlə qarşılanmış və Xorvatiya, İspaniya, Serbiya və Makedoniyanın tanınmış musiqi mütəxəssislərindən ibarət münsiflər heyəti onu hər iki yaş qrupu üzrə birinci mükafata layiq görmüşdür.
Yuxarı yaş qrupları
üzrə münsiflər heyətinin tərkibində Azərbaycanı
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
təmsil etmişdir.
Azərbaycan.- 2012.- 1 mart.- S. 7.