Azərbaycan Prezidenti İlham Əliyev Nizami və Xətai rayonlarında körpələr eviuşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bakının Nizami və Xətai rayonlarında körpələr eviuşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Prezident İlham Əliyev əvvəlcə paytaxtın Nizami rayonundakı 110 nömrəli körpələr eviuşaq bağçasına gəldi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov binada əsaslı təmir və yenidənqurma zamanı görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bağçanın binası 1965-ci ildə inşa olunub.  Son dəfə 1976-cı ildə əsaslı təmir edilib. Müəssisə 12 qrupdan ibarət  220 uşaq üçün nəzərdə tutulub. Hazırda burada fəaliyyət göstərən 7 qrupda 150 uşaq tərbiyə alır. Qalan 5 qrupun otaqlarında isə məcburi köçkünlər məskunlaşıb. Diqqətə çatdırıldı ki, binanın ümumi sahəsi 1700 kvadratmetrdir. İki mərtəbədən və 6 korpusdan ibarət körpələr eviuşaq bağçasının binası dövlət başçısının tapşırığı ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. Qazanxana yenidən qurulub, yeni istilik sistemi yaradılıb, bina istisoyuq su ilə tam təchiz edilib. Körpələr eviuşaq bağçasının yeməkxanası da ən müasir tələblər səviyyəsindədir.

Bağçanın bir hektarlıq həyətyanı sahəsində də abadlıq və quruculuq tədbirləri görülüb. Burada uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilib. Dövlət başçısı İlham Əliyev Xətai rayonundakı 251 nömrəli körpələr eviuşaq bağçası binasının da yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olmuşdur. Burada görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Qeyd olundu ki, bu körpələr eviuşaq bağçasının binası 1984-cü ildə inşa olunub. 120 yerlik bağçada 6 qrup fəaliyyət göstərir. İki mərtəbədən və 4 korpusdan ibarət binanın ümumi sahəsi 1100 kvadratmetrdir. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində burada uşaqların təlim və tərbiyəsi üçün ən müasir şərait yaradılıb. Körpələr eviuşaq bağçasında qazanxana tamamilə yenidən qurulub, müasir istilik sistemi yaradılıb, daimi olaraq istisoyuq su ilə təchiz edilib.

Müəssisənin 3500 kvadratmetrlik həyətyanı sahəsində də abadlaşdırma işləri aparılıb, uşaqların əylənməsi üçün lazımi şərait yaradılıb. İşıqlandırma sistemi yeniləri ilə əvəz edilib.

Körpələr eviuşaq bağçalarının hər ikisində təhlükəsizlik kameraları quraşdırılıb.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 1.