Argentina Prezidenti ölkəsinin Azərbaycanda səfirliyinin açılması haqqında fərman imzalamışdır

 

Argentina Prezidenti Kristina Fernandes de Kirşner bu ölkənin Azərbaycanda səfirliyinin açılması haqqında fərman imzalamışdır. AzərTAc xəbər verir ki, sənəddə səfirliyin Bakıda açılacağı, konsulluq şöbəsinin fəaliyyətinin bütün ölkənin ərazisini əhatə edəcəyi bildirilir. Fərmanda qeyd olunur ki, səfirliyin açılması xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 1.