Viza rejiminin sadələşdirilməsi
barədə razılıq Azərbaycanın Avropa
İttifaqına inteqrasiyasına kömək edəcəkdir
Viza rejiminin sadələşdirilməsi və readmissiya barədə razılıq Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına kömək edəcəkdir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev demişdir.
M.Məmmədquliyev viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların başlanmasını münasibətlərdə vacib addım kimi dəyərləndirərək bildirmişdir: "İstərdik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycanın daha çox vətəndaşını əhatə etsin. Eyni zamanda, nəzərə almaq lazımdır ki, razılaşmaların imzalanması və ratifikasiyası məsələnin yalnız bir tərəfidir. Bu razılaşmaların həyata keçirilməsi üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi zəruridir."
Xarici işlər nazirinin müavini demişdir
ki, viza rejiminin sadələşdirilməsi ilə əlaqədar
sərhəd xidmətində qanunsuz miqrasiya ilə mübarizə
və digər məsələlərlə bağlı müəyyən
iş aparılmalıdır.
Azərbaycan.- 2012.- 2 mart.- S. 1.