Filip Qordon:
Güclü, müstəqil və demokratik Azərbaycan həmişə
ABŞ-ın dostu və tərəfdaşı olacaqdır
Güclü, müstəqil və demokratik Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır. AzərTAc xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20-ci ildönümü ilə bağlı çıxışında demişdir. Bildirmişdir ki, ölkələrimiz arasında təhlükəsizlik, enerji, siyasi, iqtisadi və digər sahələr üzrə geniş əlaqələr mövcuddur.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məsələsinə də toxunan F.Qordon vurğulamışdır ki, Azərbaycan qlobal təhlükəsizlik sahəsində üzərinə götürdüyü məsuliyyətin öhdəsindən layiqincə gələcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən danışan Filip Qordon
bildirmişdir ki, problemin həlli yalnız beynəlxalq
hüququn normaları və prinsipləri çərçivəsində
mümkündür. ABŞ isə ATƏT-in Minsk qrupunun həmsədri
kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə nail olmaq üçün
rəsmi Bakı ilə sıx əməkdaşlıq edir.
Azərbaycan.- 2012.- 2 mart.- S. 2.