Azərbaycanın
G-20 sammitində iştirakı ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir
Müstəqilliyimizin 20-ci ildönümünü qeyd etdiyimiz 2011-ci il Azərbaycan üçün beynəlxalq səviyyədə də çox böyük uğurlarla yadda qaldı. "Eurovision" mahnı yarışmasındakı qalibiyyət mədəniyyət, BMT Təhlükəsizlik Şurasına üzvlük isə siyasi sahədə qazandığımız böyük uğurlar kimi respublikamızın nüfuzunun yüksəlməsinə böyük töhfələr verdi. Azərbaycanın Meksikada keçirilən "Böyük iyirmiliyin" (G-20) üzvü olan ölkələrin sammitinə dəvət olunması isə ölkəmizin beynəlxalq arenadakı növbəti uğurudur. Bununla da demək olar ki, 2011-2012-ci illər Azərbaycan diplomatiyasının, uğurlu xarici siyasətinin qələbəsi kimi tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan dünyanın sayılan dövlətləri sırasına qoşuldu. Əldə olunan nailiyyətlər, artan nüfuz, Avrora və dünya birliyinə inteqrasiya ölkəmizi beynəlxalq aləmdə söz sahibinə çevirdi.
Milli Məclisin deputatı, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, Azərbaycanın G-20 sammitinə dəvət edilməsi təsadüfi deyil. Onun sözlərinə görə, G-20 1990-cı illərdə dünyanı bürüyən maliyyə böhranına cavab olaraq yaradılıb. Bu quruma daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini və dünya əhalisinin 65 faizini təmsil edirlər. Həmin ölkələrin ümumi daxili məhsulunun qiyməti trilyon dolları ötur.
Mübariz Qurbanlının sözlərinə görə, dünya iqtisadiyyatının böyük hissəsi 20-lərin iqtisadiyyatı ilə bağlıdır. Çünki bura daxil olan ölkələr həqiqətən iqtisadi baxımdan böyük dövlətlərdir. Bir qayda olaraq G-20 çərçivəsində iclaslara dəvət olunan ölkələr öz inkişafları ilə diqqəti cəlb edir, beynəlxalq norma və rrinsirlərə riayət edirlər. ABŞ-ın ümumi daxil məhsulu - 14 trilyon, Çin 6 trilyon, Almaniya 4 trilyon, Türkiyənin isə trilyon dolları ötüb.
MDB çərçivəsində ilk dəfə Azərbaycanın bu quruma dəvət edildiyini vurğulayan Mübariz Qurbanlı dedi: "Bu, Azərbaycanın geosiyasi, geoiqtisadi vəziyyəti, ugurları və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda dövlət başçıları sırasında tutduğu qabaqcıl mövqe, eləcə də ölkəmizin artan nüfuzu ilə bağlıdır. Azərbaycan bu gün Cənubi Qafqazda lider ölkədir və region iqtisadiyyatının 80 faizi ölkəmizin payına düşür".
Deputatın fikrincə, ölkəmizin sözügedən birliyin sammitinə dəvət edilməsinin böyük önəmi var: "Azərbaycanın böyük ölkələr sırasında söz sahibinə çevrilməsi Ermənstan üzərindəki diplomatik qələbəmiz baxımından əhəmiyyətlidir. Bu, 20 faiz torpağımızı işğal edən ölkə üzərində üstünlüyümüzün göstəricisi və Azərbaycanın hücum diplomatiyasının məntiqi nəticəsidir".
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə Azərbaycanın belə bir mötəbər görüşə dəvət olunmasını resrublikanın siyasi nüfuzunun, artan iqtisadi gücünün tanınması, ölkənin regional liderdən dünyadakı rroseslərdə mühüm rol oynayan ölkəyə çevrilməsi kimi qiymətləndirdi. Deputatın fikrincə, son dövrlərdə "Böyük iyirmiliyin" toplantısına gələcəkdə qeyri-formal qəbulu mümkün olan ölkələr də dəvət edilir. Meksikada keçirilən sammitə isə 9 ölkə və bir beynəlxalq təşkilat olan Afrika Birliyi dəvət edildi. Azərbaycan diplomatiyasının uğurları artıq real nəticəsini göstərir. Ölkəmiz dünyada arzuolunan tərəfdaşa çevrilir: "Tamamilə mümkündür ki, gələcəkdə G-20 daha böyük bir formata (G-25, G-30) çevrilsin və indidən birmənalı demək olar ki, dünyanın aparıcı dövlətləri, beyin mərkəzləri Azərbaycanı həmin birlikdə görürlər".
Deputat Aydın Mirzəzadə bildirdi ki, bu uğur təkcə Azərbaycanın neft-qaz yataqları, maliyyə resursları ilə bağlı deyil. Çünki dünyada neft-qaz yatağı və maliyyə resursları Azərbaycandan çox böyük olan dövlətlər var. Bu, Azərbaycanın dünya birliyinə çox səmərəli inteqrasiyası ilə bağlıdır. Azərbaycan hazırda əməkdaşlıqda arzuolunan, ayrı-ayrı məsələlərdə mövqeyi öyrənilən çox önəmli ölkədir. Onun fikrincə, bu dəvət axırıncı deyil və gələcəkdə Azərbaycanın belə uğurlarının daha çox olacağı tamamilə gözləniləndir. Ölkəmizin G-20-lərin sırasına daxil olması isə böyük uğurlar gətirəcək. "Əgər Azərbaycan bu birliyə daxil olarsa, dünyada gedən proseslərə təsir göstərə, hüquqları əzilən, ərazi bütövlüyü pozulan ölkələrin müdafiəsinə qalxa biləcək" - deyə Aydın Mirzəzadə əlavə etdi.
Bu məsələ ilə bağlı söhbət etdiyimiz iqtisadçı ekspert Arzuman Muradlının sözlərinə görə isə "Böyük iyirmilik" inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi üçün formalaşıb. G-20-nin hər il keçirilən toplantılarında dünya iqtisadiyyatı ilə bağlı olan və bütün ölkələri narahat edən qlobal məsələlər müzakirə edilir. Builki sammitdə də əvvəldən məlum idi ki, əsasən dövlətlərin üzləşdiyi makroiqtisadi təhlükələr, iqtisadi tənəzzül, maliyyə məsələləri, ərzaq təhlükəsizliyi problemlərinin həlli yolları kimi məsələlər müzakirə mövzusu olacaq.
Arzuman Muradlı dedi ki, Azərbaycan 1999-cu ildən formalaşan "Böyük iyirmiliyin" sammitinə ilk dəfə olaraq dəvət edilib və bu, əlbəttə ki, ilk növbədə ölkəmizin beynəlxalq aləmdə yüksələn nüfuzundan xəbər verir. Bu fikri əminliklə söyləməyə əsas verən ən mühüm məqam isə ondan ibarətdir ki, G-20-nin sammitinə postsovet məkanından Azərbaycandan başqa heç bir dövlət dəvət almayıb. Yeganə olaraq Meksikanın dəvəti və təbii ki, G-20 dövlətlərinin razılığı ilə yalnız Azərbaycan bu ali toplantıda iştirak edib. Azərbaycanın sammitə dəvət olunmasının bir çox səbəbi olduğunu deyən Arzuman Muradlının fikrincə, bunlardan biri ölkəmizin geosiyasi əhəmiyyətinin, Cənubi Qafqazdakı lider mövqeyinin dünyanın aparıcı dövlətləri tərəfindən daha çox başa düşülməsidir. Meksikanın xarici siyasət idarəsinin rəhbəri də təsdiq edib ki, Azərbaycanın toplantıda iştirakı bu dövlətin təmsil etdiyi regionda və beynəlxalq aləmdəki əhəmiyyətli rolundan irəli gələn məsələdir.
Məlumdur ki, hazırda Avropanı düşündürən əsas məsələlərdən biri özünün enerji təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir. Azərbaycan isə mövcud neft və qaz kəmərlərindən başqa yeni enerji layihələrinin də işləkliyini təmin etmək üçün zəngin karbohidrogen ehtiyatlara malikdir. Amma respublikamız təkcə öz enerji resursları ilə deyil, həm də tranzit imkanları ilə Qərb üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin tranzit imkanları isə çoxşaxəlidir. Buraya Xəzər bölgəsində Qazaxıstanın və Türkmənistanın hasil etdiyi neft və qazın alternativ yollarla Avropaya nəqli üçün Azərbaycanın geniş infrastruktura malik olmasıdır. Buraya "Böyük ipək yolu" hava məkanının tranzit məqsədlər üçün əlverişli olması və s. daxildir.
Arzuman Muradlı onu da qeyd etdi ki, bir qayda olaraq G-20 çərçivəsində iclaslara dəvət olunan ölkələr öz inkişafları ilə diqqəti cəlb edir. Fərəhlə qeyd etməliyik ki, qısa müddətdə qazanılan iqtisadi uğurlar Azərbaycanın həm beynəlxalq imicini yüksəldib, həm də dünyada ölkəmizə olan marağı artırıb. Bu mənada Azərbaycanın G-20 sammitinə dəvət olunması ölkəmizin iqtisadi yüksəlişinin beynəlxalq səviyyədə etirafı və dünya iqtisadiyyatında oynadığı rolun göstəricisidir. Bu həm də ondan xəbər verir ki, regionda həyata keçirilən istənilən geoiqtisadi layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil.
Rəşad CƏFƏRLİ,
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 2 mart.- S. 4.