Azərbaycan ilə
Pakistan arasında əlaqələrin inkişaf perspektivləri
müzakirə olunmuşdur
Martın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə pakistanlı qonaq ölkəsinin ictimai-siyasi vəziyyəti barədə ətraflı məlumat verərək, Pakistanın üzləşdiyi problemlərdən bəhs etmişdir. Sədr Pakistanın Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar olması üçün strateji əhəmiyyətə malik olduğunu vurğulamışdır.
E.Məmmədyarov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini qəti şəkildə dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı
maraq doğuran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 2 mart.- S. 5.