YAP ilə ATƏT-in
Bakı ofisi arasında əməkdaşlığın
perspektivləri və həyata keçiriləcək birgə
layihələr müzakirə olunmuşdur
Yeni Azərbaycan Partiyasının (YAP) sədr
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
martın 1-də ATƏT-in Bakı ofisinin rəhbəri Koray
Tarqayı ilə görüşmüşdür. YAP-ın mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə ATƏT-in Bakı ofisi ilə Yeni Azərbaycan
Partiyası arasında əməkdaşlığın
perspektivləri və həyata keçiriləcək birgə
layihələr haqqında ətraflı fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 2 mart.- S. 5.