Azərbaycan ilə
Pakistan arasında müdafiə sənayesi sahəsi üzrə
əməkdaşlığın perspektivləri müzakirə
edilmişdir
Martın 1-də Azərbaycanın müdafiə
sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə
olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah
Rəisləri Komitəsinin sədri, general Xalid Şamim
Vaynın başçılıq etdiyi nümayəndə heyəti
ilə görüşmüşdür. Müdafiə Sənayesi Nazirliyindən
AzərTAc-a bildirmişlər ki,
Yavər Camalov qonaqlara nazirliyin fəaliyyəti barədə
ətraflı məlumat vermişdir. Dostluq və mehribançılıq
şəraitində keçən görüşdə iki
ölkə arasında müdafiə sənayesi sahəsi
üzrə əməkdaşlığın perspektivləri
müzakirə edilmişdir. Nümayəndə heyətinin
başçısı Xalid Şamim Vayn görüşə
görə minnətdarlığını bildirmişdir.
Görüşdə hər iki ölkənin səfirləri
iştirak etmişlər.
Azərbaycan.- 2012.- 2 mart.- S. 5.