Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci maddəsinə əsasən vətəndaş Əsmət Əsgər qızı Nəsibovanın şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır. Şikayətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi plenumunun martın 29-na təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 5.