Azərbaycan-Kanada
Təşkilatları Assosiasiyası Azərbaycanın işğal olunmuş
torpaqlarında Ermənistanın məhkumların məskunlaşdırılması
siyasətinə dair etiraz
bəyanatı yaymışdır
Azərbaycan-Kanada Təşkilatları Assosiasiyası (AKTA) Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın məhkumların məskunlaşdırılması siyasətinə dair etiraz bəyanatı yaymışdır.
AKTA-dan AzərTAc-a daxil olmuş bəyanatda Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın məhkumların məskunlaşdırılmasına dair siyasəti tənqid edilir. Bəyanatda müstəmləkəçilik dövrlərində geniş tətbiq olunan belə bir təcrübənin mənfi fəsadlar doğurması xüsusi vurğulanır.
Bundan əlavə, bəyanatda AKTA Kanada
hökumətini Ermənistanın məlum niyyətini pisləməyə
və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə xələl yetirə
biləcək istənilən addımdan çəkindirmək
məqsədilə beynəlxalq ictimaiyyəti Ermənistan rəhbərliyinə
təzyiq göstərməyə çağırır.
Azərbaycan.- 2012.- 2 mart.- S. 5.