Ötən il Şirvan şəhərində böyük layihələr həyata keçirilib

 

 Şirvan şəhəri aydan-aya, ildən-ilə inkişaf edir, daha da abad olur. Bu baxımdan artıq tarixə çevrilmiş 2011-ci ildə də şəhərdə böyük layihələr həyata keçirilmişdir. Görülən işlərə yekun vurmaq və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə idarə, müəssisə rəhbərləri, şəhər fəalları bir araya gəlmişdilər.

Hesabat məruzəsi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov qeyd etdi ki, keçən il istehsal olunmuş məhsul və xidmətlərin həcmi 2010-cu ilə nisbətən faktiki qiymətlərlə 22,7 faiz artaraq 366,2 milyon manat təşkil etmişdir. Sənaye sahələrində 304,5 milyon manat həcmində məhsul istehsal olunmuşdur. Bu da 2010-cu illə müqayisədə 70,5 milyon manat çoxdur. Sənaye məhsulunun 30 faizi dövlət, 70 faizi qeyri-dövlət müəssisələrində istehsal edilmişdir.

2011-ci ildə tikinti işlərinin həcmi 16,7 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına görülən tikinti işlərinin həcmi 3 milyon manat təşkil etmişdir. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin ümumi sahəsi təxminən 40 min kvadratmetrdir.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Telemexanika" və "Araz" zavodlarında genişmiqyaslı işlər görülmüşdür. "Telemexanika" zavodu üzrə 2011-ci ilin proqnoz planı 100 faiz yerinə yetirilmişdir. Zavodda 56 yeni yeri açılmış, 4 yeni növ məhsulun istehsalına başlanılmışdır. Bu yaxınlarda "Araz"zavodunun nəzdində 4 istehsal sahəsi istifadəyə veriləcəkdir ki, bu da yüzlərlə şəhər sakininin daimi işlə təmin olunmasına şərait yaradacaqdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində, həmişə olduğu kimi, Şirvan şəhərində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. 2011-ci ildə məhəllədaxili yolların 16 kilometrinə asfalt örtük salınmışdır. Bu da nəzərdə tutulduğundan xeyli çoxdur. Dövlət proqramı çərçivəsində əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə şəhər ərazisində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 77,4 min paqonmetr müxtəlif diametrli yeni qaz xətləri və Hacıqabul AQRS-dən Şirvan şəhərinin əhali abonentlərinə 7,5 min paqonmetr orta təzyiqli daşıyıcı qaz kəməri çəkilmişdir. Əhali kateqoriyası üzrə olan abonentlərə satılan qazın dəyərinin 86,7 faiz  ödənilməsi təmin edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. "Şirvan Regional Elektrik Şəbəkəsi" MMC tərəfindən bir sıra səmərəli tədbirlər həyata keçirilmiş, nəticədə şəhər əhalisinin elektrik enerjisi ilə fasiləsiz təminatı və əhaliyə satılan elektrik enerjisinin dəyərinin tam ödənilməsi təmin edilmişdir.

Dövlət proqramına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən şəhər poliklinikası, Uşaq birləşmiş xəstəxanasının anesteziologiya, reanimatologiya, urologiya, terapiya şöbələri, məhkəmə tibb ekspertizasının binası əsaslı təmir edilmiş, 5 min kvadratmetr sahəyə asfalt salınmış, avtomobillərin saxlanması üçün yeni dayanacaq tikilmişdir. Şəhər Mərkəzi xəstəxanasının vəsaiti hesabına Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyası, vərəm şöbəsi təmir olunmuş, xəstəxananın həyətyanı sahəsi abadlaşdırılmışdır.

2011-ci ildə Şirvan şəhərindən aliorta ixtisas məktəblərinə qəbul zamanı 200-dən çox məzun tələbə adını qazanmış, onlardan 20 nəfəri 600-dən yuxarı bal toplamış, 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. 2010-2011-ci tədris ilində 20 nömrəli tam orta məktəb "İlin ən yaxşı məktəbi", şəhər 4 nömrəli tam orta məktəbin kimya müəllimi Şamama Yolçuyeva isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə pedaqoji sahədə göstərdiyi xidmətlərə görə şəhər Təhsil şöbəsinin müdiri Paşa Nəbiyev "Əməkdar müəllim", 14 nömrəli tam orta məktəbin idman müəllimi Vaqif Gözəlov "Əməkdar bədən tərbiyəsi və idman işçisi" fəxri adına layiq görülmüşdür.

Təhsil Nazirliyi tərəfindən 1 nömrəli uşaq bağçası-körpələr evində və 12 nömrəli tam orta məktəbdə bərpa işləri aparılmış, 21 nömrəli tam orta məktəbin  bir hissəsinin əsaslı təmiri başa çatdırılmışdır. Dünya Bankının ayırdığı vəsait hesabına 16 nömrəli tam orta məktəbdə yenidənqurma və əsaslı təmir işləri aparılır, Bayramlı qəsəbəsində isə 480 şagird yerlik yeni məktəb binası tikilir.

2010-cu il aprelin 1-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Olimpiya İdman Kompleksində tikinti işləri layihəyə uyğun davam etdirilir. Hazırda Şirvan şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar layihələndirmə işləri tamamlanmaq üzrədir. Yaxın zamanlarda tikinti-quraşdırma işlərinə başlanılacaqdır.

Şəhərdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə əlverişli və səmərəli biznes mühitinin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Bankbank olmayan kredit təşkilatları tərəfindən sahibkarlara 20 milyon manat həcmində kreditlər verilmişdir.

Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. 2010-cu ildə Kür çayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Komissiyasının verdiyi rəyə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhər ərazisində 23 fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, 127 nəfər şəhər sakininə ümumilikdə 144,4 min manat məbləğində kompensasiya  ödənilmişdir.

Tənqid və özünütənqid şəraitində keçən yığıncaqda vurğulandı ki, görülən işlərlə yanaşı, dövlət proqramında nəzərdə tutulan bəzi həlli vacib tədbirlərin icrası bizdən asılı olmayan səbəblərə görə gecikdirilir. Proqramda 2009-2012-ci illərdə şəhərdə yüngülyeyinti sənayesinin inkişaf etdirilməsi məsələsi Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinə həvalə edilmişdir. Şəhər icra hakimiyyəti Bayramlı qəsəbəsində kifayət qədər ixtisaslaşmış işçi qüvvəsi olduğunu əsas gətirərək hər iki nazirliyə müraciət etmişdir. 2010-2013-cü illərdə Şirvan şəhərində sosial təyinatlı ictimai binaların istilik təchizatının yaxşılaşdırılması üçün mövcud olan qazanxanaların modernləşdirilməsi, qaz, suelektrik xətlərinin çəkilməsi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası "Azəristiliktəchizat" ASC-yə həvalə edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə ilk növbədə istilik təchizatının bərpası zəruri olan sosial obyektlərin siyahısı təxminən bir il əvvəl "Azəristiliktəchizat" ASC-yə göndərilmişdir. Lakin məsələ hələ də öz həllini tapmamışdır.

ARDNŞ tərəfindən şəhərdə inşa edilən 7200 yerlik stadionun tikintisi isə 2008-ci ildən bizə məlum olmayan səbəblərdən dayandırılmışdır.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi H.Əzəmmədov iştirak etmişdir.

 

 

 Seyran CAVADOV

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 6.