Dəyərli dərs vəsaiti

 

Bu gün dünya səhiyyəsinin qarşısında duran ən aktual məsələlərdən biri insanlara onkoloji yardımın təşkili və göstərilməsidir. Problemin narahatlıq doğuranxoşa gəlməyən xüsusiyyətləri XX əsrin ikinci yarısından başlayan və XXI əsrdə davam edən onkoloji xəstəliklərin çox artmasıdır. Yeni diaqnostika metodlarının  mövcudluğuna və ən müasir texnologiyaların tətbiqinə baxmayaraq, daxili orqanların bədxassəli şişlərində diaqnozun xəstəliyin gecikmiş mərhələsində qoyulması və radikal cərrahi müalicənin aparılmasının mümkün olmaması hallarına hələ də çox təsadüf edilir. Belə vəziyyət bu sahədə profilaktik tədbirlərin genişləndirilməsini, təkmilləşdirilmiş həkim kadrların hazırlanmasını və tibb universitetlərində onkoloji problemlərin tədrisinin məqsədyönlü təşkilini tələb edir.

Bu baxımdan akademik Ə.Əmiraslanovun və tibb elmləri doktoru A.Qazıyevin birgə yazdıqları, elmi-praktiki cəhətdən sanballı "Onkologiya" dərsliyinin işıq üzü görməsi tibbi təhsildə və praktiki fəaliyyətdə mühüm əhəmiyyətə malikdir.

Onkologiyanın ümumixüsusi problemlərinə həsr olunan bu dərslik 27 fəsildən ibarətdir. Ümumi problemlərə həsr olunmuş  fəsillərdə onkologiyanın ümumi problemləri və bu sahədə dünya praktikasına əsaslanan tövsiyələr, şişlərin bioloji xassələri, morfoloji müxtəlifliyi, onların təsnifatı, epidemiologiyası, profilaktikası və s. məsələlər ardıcıllıqla və məqsədyönlü şəkildə göstərilmişdir.

Bədxassəli şişlərin epidemiologiyası, ekstensivintensivlik göstəriciləri, yayılma xüsusiyyətləri və ilk dəfə bunların Azərbaycan əhalisində və hətta uşaqdarda belə öyrənilməsi barədə olan məlumatlar elmi baxımdan diqqəti cəlb edir.

Uzun illər onkologiya sahəsində aparılan elmi axtarışlar bədxassəli şişlərin etiologiyası və patogenezi ilə bağlı olmuşdur. Lakin bədxassəli şişlərin etiologiyasında mövcud olan nəzəriyyələrin heç biri ayrılıqda onkogenezin səbəbinə aydınlıq gətirməmişdir. Müəlliflər bununla bağlı qeyd edirlər ki, onkogenez polietioloji bir prosesdir.

Kitabda XX əsrin sonlarında və XXI əsrin əvvəllərində bir sıra xəstəliklərin, o cümlədən bədxassəli şişlərin patogenezinin öyrənilməsində, müalicəsinin proqnozlaşdırılmasında, eləcə də bu sahədə yeni dərman preparatlarının istehsal olunmasında molekulyar-genetik tədqiqatların nəticələrinə əsaslanan imkanlar barədə də geniş məlumat verilir.

III fəsil çox önəmli, demək olar, bu gün dünyada onkologiya sahəsində aparılan elmi axtarışların  əksəriyyətinin   onkogenezdə genetik faktorların rolunun aydınlaşdırılması məsələlərinə həsr edilmişdir.

Qeyd etmək lazımdır ki, xərçəng hüceyrələrində adi halda fəaliyyət göstərməyən bir sıra genlərin (onkogenlərin) aktivləşməsi ilə yanaşı, hüceyrədə qanunauyğunsuz mutasiya baş verir. Burada onkogenlərin aktivləşməsinin və ya mutasiyanın hansının birinci olması hələlik bəlli deyil.

Bu fəsildə şiş hüceyrələrinin əsasında duran mexanizmlərdən biri apoptoz adlanan proqramlaşdırılmış hüceyrə ölümü, həmçinin şiş hüseyrələrinə xas olan digər - apoplaziya, infiltrativinvaziv böyümə və metastaz vermə haqqında məlumatlar öz əksini tapmışdır.

Bədxassəli şişlərin diaqnostikasında və müalicəsində tətbiq olunan metodlara həsr olunmuş IV-V fəsillərdə göstərilir ki, xərçəngin müalicəsinin cərrahi, şüa, kimyəvi kombinə edilmiş kompleks və müştərək müalicə üsulları olduğu bəllidir. Məqsəd və vəzifələrdən asılı olaraq müalicənin radikal, palliativsimptomatik növlərə aid edilməsi və bu növlərin hər birinin üstün və çatışmayan cəhətlərinin göstərilməsi gələcəyin həkimləri üçün maraqlı olacaq. Müəlliflər müasir diaqnostika metodlarının təsvirini verməklə yanaşı, onkoloji xəstəliklərin ilkin diaqnozunun qoyulmasında, müayinə metodlarının  seçilməsində və ardıcıllıqla aparılmasında xəstənin anemnezinin toplanmasının əhəmiyyətini də diqqətə çatdırırlar.

Tibbi  deotologiyanın  xüsusi bir sahəsinə - onkoloji deotologiyanın özəlliklərinə həsr olunmuş fəsil də çox maraq doğurur. Burada xəstə-həkim  münasibətlərinin etik qaydaları, xərçəngli xəstələrə xəstəlikləri barədə hər hansı bir məlumatın çatdırılması, xəstənin psixoloji baxımdan mühafizə olunmasının və bütün bu amillərin xəstənin sağalmasında və müalicəsinin davam etdirilməsində nə qədər əhəmiyyət kəsb etməsi gündəlik həkimlik fəaliyyətində nəzərə alınmalıdır.

Dərslikdə onkologiyanın ümumi problemlərinə aid olan və xəstələrin müalicəsində çox aktual sayılan reabilitasiya-bərpaedici cəhətlər, habelə müalicədən sonra xəstələrin itirilmişya zəifləmiş funksionalpsixoloji xüsusiyyətlərinin bərpasına yönəldilmiş profilaktik və müalicə metodlarının nə dərəcədə əhəmiyyətli olması dolğunluğu ilə öz əksini tapmışdır.

Dərsliyin ümumi hissəsinin bir fəsli Azərbaycanda onkoloji xidmətin təşkili barədədir. Başqa sözlə, bu fəsildə respublikamızda onkologiyanın inkişaf tarixionkologiya xidmətinin strukturu barədə geniş məlumat verilmişdir.

21 fəsildən ibarət olan dərsliyin ikinci xüsusi hissəsi  toxumaların, daxili orqanların xərçəng və digər bədxassəli şişlərinin etiopatogenezinə, epidemiologiyasına, kliniki əlamətlərinin təzahürünə, diaqnostika və müalicəsinə həsr edilib. Burada orqanizmin elə bir toxuması və ya orqanı yoxdur ki, şiş xəstəliyinə tutulması barədə məlumat olmasın.

Kitabda daxili orqanların xərçəng şişlərinin cərrahi müalicəsində  tətbiq olunan radikalpalliativ əməliyyatlar barədə geniş məlumat verməklə yanaşı, bütün hallarda şüa və xərçəng əleyhinə kimyəvi dərman preparatlarının aparılması və onların tətbiq olunması metoduna, davamiyyəti və dozaları barədə də bilgilər var.

"Onkologiya" kitabı Tibb Universitetinin yuxarı kurs tələbələrinə, rezidentura keçən və respublikamızın müxtəlif tibb müəssisələrində çalışan  onkoloq və cərrah həkimlərə müasir onkologiyanın, cərrahiyyənin, tibbi genetikanın, immunologiyanın, xərçəngin şüa və kimyəvi dərman preparatları ilə müalicə metodlarını əks etdirən, elmi-praktiki baxımdan çox müasir olan sanballı bir dərslik, əvəzsiz bir töhfədir. Odur ki, dərslik tibb kadrlarının yetişdirilməsində, həkimlərin gündəlik fəaliyyətində onkoloji xəstəliklərin diaqnostikasında və müalicəsində çox fayda verəcək.

 

 

 Böyükkişi AĞAYEV,

akademik M.A.Topçubaşov adına

Elmi Cərrahiyyə Mərkəzinin direktoru

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 8.