Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın xarici işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Argentina Respublikasının xarici işlər naziri Hektor Timermanı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi qeyd edildi, ikitərəfli əlaqələrin enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğu bildirildi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 1.