Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı,  İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun önəmi qeyd olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 1.