Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının dəstəklənməsi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fonduna Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

 İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 2 mart 2012-ci il

 

 Azərbaycan.- 2012.- 3 mart.- S. 1.