R.X.Həbibovun Quba Rayonu İcra
Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rauf Xeyrulla oğlu Həbibov Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2012-ci il
Azərbaycan.- 2012.- 3 mart.- S. 1.