Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

 Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli fərmanına əsasən Nazirlər Kabineti "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası haqqında" özünün 1994-cü il 3 mart tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli  fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli  fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Hər üç qərar fevralın 24-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli fərmanına uyğun olaraq Nazirlər Kabineti "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" özünün 2005-ci il 9 iyun tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

 Bu qərar fevralın 28-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli  fərmanının 1.3.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

 Bu qərar martın 1-dən  - imzalandığı gündən qüvvəyə minmişdir.

 Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 2.