İsveç
parlamentinin sədrinə Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, Xocalı
soyqırımı barədə ətraflı məlumat
verilmişdir
İsveç Krallığında fəaliyyət göstərən "Azərbaycan naminə" Cəmiyyətin sədri Nadir Hollenbrand ölkə parlamentinin - Riksdaqın sədri Per Vesterberq ilə görüşərək ona Azərbaycan haqqında ətraflı məlumat vermişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, görüşdə Azərbaycan diaspor təşkilatının rəhbəri Riksdaqın sədrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə danışmışdır.
İsveç parlamentinin sədri ətraflı məlumata görə təşəkkürünü bildirmiş, aldığı informasiyanı həmkarları ilə paylaşacağını qeyd etmişdir. Görüşdə Riksdaqın sədrinin Azərbaycan televiziya kanallarının birində canlı körpüyə qatılmasına dair razılıq əldə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 3 mart.- S. 4.