Leonid Filimonov: Biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq

 

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli vacibdir. Bu, belə də olacaqdır. Dünyada buna oxşar münaqişələr çox olmuşdur. Amma tələsikliyə yol verilməməlidir. Problemin həllinin siyasi yolu tapılmalıdır.

Bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin Stavropol diyarı üzrə nümayəndəsi Leonid Filimonov jurnalistlərə demişdir.

L.Filimonov vurğulamışdır ki, biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq. Amma bu problemin həllində təmkin lazımdır. Bunu Rusiya rəhbərliyi də dəfələrlə qeyd etmişdir.

Düşünürəm ki, Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində gördüyü işlər öz nəticəsini verəcəkdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 3 mart.-S . 6.