Novruz bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunacaqdır

 

Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları sahibkarlarla birlikdə martın 10-dan 20-dək Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcəklər.

İstehlakçılar satış yarmarkalarında müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakılarla müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Yarmarkaların təşkil ediləcəyi ünvanlar barədə əlavə məlumat veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 1.