Səməd Seyidov: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir. AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səməd Seyidov demişdir.

Ermənistanın isə status-kvonun dəyişməsinə imkan verməmək niyyətində olduğunu deyən S.Seyidov bildirmişdir ki, torpaqları işğal altında saxlamaq beynəlxalq qanunvericiliyi kobud şəkildə pozmaq deməkdir. Ona görə Azərbaycan danışıqlarda iştirak edən bütün tərəfləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərini bu məsələlərə daha diqqətlə yanaşmağa çağırır. Biz status-kvonun dəyişdirilməsini tələb edirik.

Deputat vurğulamışdır ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması beynəlxalq qanunların tələbləridir. Əminik ki, son hadisələr və ümumiyyətlə, Azərbaycanın sürətli inkişafı, dünya siyasi arenasında və regionda söz sahibinə çevrilməsi danışıqlara mütləq öz təsirini göstərəcəkdir. Həmsədrlər də bunu çox yaxşı bilirlər və bundan nəticə çıxaracaqlar.

 

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 2.