Sinan Oğan: İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda bir araya gəlməsi artıq Azərbaycanın dünyanın aparıcı ölkələri səviyyəsinə yüksəldiyini göstərir

 

Dünyanın beyin mərkəzlərinin Azərbaycanda bir araya gəlməsi çox önəmlidir. Daha əvvəl də Bakıda bir çox beynəlxalq tədbirlər keçirilmişdir. Amma bu gün dünyada gedən proseslərin istiqamətini müəyyənləşdirən strateqlərin, eləcə də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda bir araya gəlməsi artıq Azərbaycanın dünyanın aparıcı ölkələri səviyyəsinə yüksəldiyini göstərir.

AzərTAc xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun iştirakçısı, Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan demişdir.

Türkiyəli deputat bildirmişdir ki, Azərbaycan son bir neçə il ərzində kifayət qədər yüksəlişə nail ola bilmişdir. Regionun lider dövlətinə çevrilməklə yanaşı, eyni zamanda, Azərbaycan BMT Təhlükəsizlik Şurasının  qeyri-daimi üzvü seçilmiş,  regionda sözü keçən bir ölkə olmuşdur.  Bu, dünyanın strateji mərkəzlərinin əsas iclaslarının keçirildiyi bir ölkəyə çevrilən Azərbaycanın  uğurunun sübutudur.

 

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 2.