İslam ölkələrinə
daha keyfiyyətli tələblərə əsaslanan yeni təhsil
sistemi lazımdır
İslam ölkələrində keyfiyyətcə yeni təhsil sisteminə ehtiyac vardır.
Bu sözləri AzərTAc-a müsahibəsində Malayziyanın Beynəlxalq İslam Universitetinin rektoru Zaleha Kamaruddin bildirmişdir.
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun böyük əhəmiyyətini qeyd edən qonaq islam ölkələri arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşməsində bu tədbiri yüksək qiymətləndirmişdir.
Z.Kamaruddin demişdir ki, müsəlman ölkələrinə
bu gün fərqli təhsil sistemi lazımdır və biz
İƏT çərçivəsində bu istiqamətdə
fəal əməkdaşlıq etməliyik.
Azərbaycan.- 2012.- 4 mart.- S. 2.