Sosial-iqtisadi layihələr uğurla gerçəkləşdirilir

 

Regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında Ağsu rayonu ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. Rayonun inkişafında keyfiyyətcə yeni mərhələ hamının diqqətini cəlb edir. Bu həm də iqtisadiyyatın ayrı-ayrı sahələrinə investisiya qoyuluşunun əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Təkcə ötən il əsas kapitala yönəldilən investisiyaların məbləği 30 milyon 838 min manat təşkil edib. Bu isə əvvəlki ildəkindən 50,8 faiz, 2003-cü illə müqayisədə 109,7 dəfə yüksəkdir.

Rayonda görülən işlərin miqyası çox genişdir. Elektrik şəbəkələri yenidən qurulur, təbii qaz verilişi nizama salınır, sahilqoruyucu işlər görülür. Təhsil, səhiyyə, mədəniyyət, rabitə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. İdman-sağlamlıq obyektləri tikilir,  yerli xammal hesabına fəaliyyət göstərən sənaye və xidmət müəssisələrinin inşası genişləndirilir.

Ağsulular hələ də dövlət başçısının rayona səfərinin xoş ovqatı ilə yaşayırlar. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən il oktyabrın 30-da Ağsuya səfəri çərçivəsində "Az-Qranata" MMC-nin şirə və şərab emalı zavodunun, Ağsu şəhər stadionunun, "Ağsu Çörək" MMC-nin, əsaslı bərpa və yenidənqurmadan sonra şəhər Mədəniyyət və İstirahət Parkının açılışlarında iştirak etmiş və görülən işlərə görə Ağsunun ölkədə ən sürətlə inkişaf edən rayonlardan birinə çevrildiyini bildirmişdir.

Rayonda həyata keçirilən sosial-iqtisadi tədbirlərin əhəmiyyəti yaradılan yerləri ilə də şərtlənir. Son səkkiz ildə rayonda 9 minə yaxın yeni yeri açılıb.

Qeyd etmək lazımdır ki, görülən işlər rayon mərkəzi ilə məhdudlaşmır. Abadlıq-quruculuq tədbirləri sayəsində kəndlər də simasını dəyişir. Rayonun Çiyni kəndi ölkənin müasir kəndlərindən sayıla bilər. Çiynidə qısa müddət ərzində yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsi üçün müasir dizaynda ikimərtəbəli inzibati bina, 100 yerlik Mədəniyyət evi inşa olunub, kənd stadionu istifadəyə verilib.

"Yolu, qazelektrik təsərrüfatı tamamilə yeniləşdirilib.

Hələ 2003-cü ildə dövlət başçısının imzaladığı sərəncama əsasən həmin il Prezidentin Ehtiyat Fondundan Ağsu şəhərinin və ətraf kəndlərin içməli su təminatının həll edilməsi üçün 3,7 milyon manat vəsait ayrılmışdı. RİH başçısı Ənvər Seyidəliyev bununla bağlı bildirdi ki, həmin vəsait hesabına görülən işlər nəticəsində rayon mərkəzinin və ətraf kəndlərin əhalisinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, Kəndoba və Ağabəyli kəndlərində içməli suyun keyfiyyətinin müəyyən edilmiş tələblərə çatdırılması məqsədilə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ancaq Dövlət Proqramında nəzərdə tutulan 8 belə qurğudan 6-sının quraşdırılması hələ də ləngiyir.

Rayonda özəl sektora, sahibkarlıq fəaliyyətinə dövlət qayğısı, bu sahənin inkişafına əngəl yaradan amillərin aradan qaldırılması istiqamətində görülən tədbirlər sahibkarların sayını artırır. Ötən bir il ərzində Ağsu şəhərində 35 fiziki şəxsə mülkiyyətlərindəki torpaqlarda ümumi sahəsi 4396 kvadratmetr olan ticarət, iaşə, məişət və digər xidmətlər göstərən obyektlərin tikintisinə şərait yaradılmışdır. İl ərzində 9 obyekt istifadəyə verilmiş, əvvəllər inşa olunmuş 2 sahibkarlıq obyekti sökülərək yerində yeni layihələr əsasında  tikinti işləri görülmüşdür. Hazırda 18 obyektdə inşaat işlər davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutuMilli Azərbaycan Tarixi Muzeyinin "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayından etibarən Ağsu rayonu ərazisində arxeoloji qazıntı işləri aparılır. Məqsəd turizm marşrutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkməkdir. Aparılan tədqiqatlar rayonun tarixinin daha qədimə  - XII əsrə aid olduğunu sübut edir. Ağsuya gələn turistlərin abidə və sərgi ilə tanış olmaları üçün kompleksdə hər cür şərait yaradılıb. Hazırda orta əsr Ağsu şəhərinin qoruq elan edilməsi ilə bağlı müvafiq işlər görülür.

Müasir Ağsu şəhəri isə dövlət qayğısı sayəsində daha da inkişaf edir, gözəlləşir. Ötən il dövlət başçısının müvafiq sərəncamı ilə Ağsu şəhərində hər cür şəraiti olan müasir xəstəxananın tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Xəstəxana istifadəyə veriləndən sonra burada əhaliyə daha yüksək səviyyədə tibb xidməti göstəriləcək.

Rayonda son 8 ildə 3364 şagird yerlik 15 məktəb binası inşa olunub. 4 məktəbdə tikilən 13 sinif korpusu hesabına genişləndirmə işləri aparılıb. Hazırda 12 məktəb internet şəbəkəsinə qoşulub.

Yol infrastrukturunun inkişafına da ciddi fikir verilir. Ağsu şəhərinin  Nizami küçəsi Ağsu-Kürdəmir magistral yolunun rayonun Qaraqaşlı kəndinin ərazisindən keçən hissəsində abadlıq, yenidənqurma işləri görülüb, müasir işıqlandırma sistemi qurulub. Vətəndaşlara məxsus həyətyanı sahələrin hasarları gülbağ daşı mərmərlə işlənib, yollar səkilər asfaltlaşdırılıb.

Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Ərəbmehdibəy, Qəşəd Ləngəbiz kəndlərində xeyli yol təmiri işləri görülüb.

Rayonda sosial-iqtisadi inkişaf, quruculuq abadlıq sahəsində nəzərdə tutulan digər layihələrin uğurla başa çatdırılması üçün əzmkarlıq bu il daha da artıb.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 4.