ATƏT-in Bakı Ofisi Penitensiar Xidmətin əməkdaşları üçün növbəti ixtisaslaşmış təlim keçirmişdir

 

ATƏT-in Bakı Ofisi martın 2-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün növbəti ixtisaslaşmış təlim keçirmişdir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, "Ünsiyyətin qurulması və fiziki qüvvənin tətbiqinin qarşısının alınması" mövzusuna həsr olunmuş təlimdə Xidmətin tabeliyindəki müəssisələrin məhkumlarla birbaşa təmasda olan kiçik rəis heyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə ekspert qismində ATƏT-in Qanunun aliliyi şöbəsinin rəisi Monika Martinez və şöbənin əməkdaşı, hüquq məsələləri üzrə mütəxəssis Hans İnge Yorstad iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 6.