Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Prezidenti Bronislav Komorovski ilə görüşmüşdür

 

Martın 5-də Əfqanıstana səfər edən Polşa Respublikasının Prezidenti Bronislav Komorovski yolüstü Bakıda olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 1.