Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Bronislav Komorovskiyə

 

Hörmətli cənab Prezident!

 

Ölkənizdə baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəsarət alması xəbərindən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Polşa xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

 

 

 İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 Bakı, 5 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 1.