Azərbaycan qadınlarının bir qrupunun Tərəqqi medalı ilə təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

 Ağayeva Zenfira Hüseyn qızı

İsmayılova Sənubər Abdulla qızı

Məmmədova Zərifə Kamil qızı

Tağızadə Lətafət Firuz qızı

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 1.