Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlersin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlersin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlers Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə təşkil etdikləri yüksək səviyyəli II İqtisadi Siyasət Forumunda aparılan müzakirələrdə iştirak etməsindən məmnunluğunu bildirdi.

Dövlət başçısı yüksək səviyyəli II İqtisadi Siyasət Forumunun önəmini qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan iqtisadi inkişafının birinci mərhələsini başa vurduqdan sonra gələcək illərdə də qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi əsas prioritet sahələrdən biri olacaqdır.                    

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında bank sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 2.