Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçirilmişdir

 

 Martın 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.

Sənədlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılmışdır.

Müsabiqədə iştirak etmək üçün qeydə alınmış 120 namizəddən 66-sı hüquq, 54-ü isə pedaqogika istiqaməti üzrə sənəd vermişdir.

İmtahanda hüquq istiqaməti üzrə namizədlərə təqdim olunmuş 100 sualdan 80-i qanunvericilik, 20-si məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olmuşdur. Pedaqogika istiqaməti üzrə imtahanda suallardan 30-u qanunvericilik, 30-u pedaqogika, 20-si yaş psixologiyası, 20-si isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olmuşdur.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 5.