Azərbaycan
Prezidenti İlham Əliyev Çilinin keçmiş Prezidenti,
Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosla
görüşmüşdür
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosla görüşmüşdür.
Dövlət başçısı Rikardo Laqosun Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə təşkil etdikləri Yüksək səviyyəli II İqtisadi-Siyasi Forumda iştirakının önəmini qeyd etdi.
Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqos forumun sessiyasında Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlı göstəricilərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 6 mart.- S. 1.