Azərbaycan
Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti
Mixeil Saakaşvilinin təkbətək görüşü
Martın 6-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulandı.
Əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 7 mart.- S. 1.