Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür

 

 Martın 6-da  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.