Rəcəb Tayyib Ərdoğan: Xocalıda qətlə yetirilənlər bizim qardaşlarımızdır

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan  Türkiyə Böyük Millət Məclisində lideri olduğu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Taksim meydanındakı möhtəşəm Xocalı yürüş-mitinqindən sonra bəzi dairələrin təşkil etdikləri ermənipərəst yürüşə münasibət bildirmişdir.

R.T.Ərdoğan demişdir ki, "Hamımız erməniyiz" bu kimi şüarlar səsləndirənlər nə üçün Xocalıda qətlə yetirilənlərə sahib çıxmırlar? Onlar bunu bizə izah etsinlər. Onlar kimlər tərəfindən qətlə yetirildi? Əlbəttə, ermənilər tərəfindən. O zaman, nə üçün bunlara qarşı bir etiraz nümayiş etdirmədiniz? Əgər ermənilər sizin qardaşınızdırsa, bizim qardaşlarımız da Xocalıda qətlə yetirilənlərdir.

 

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.