Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin toplantısı regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm amildir

 

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin martın 7-də Naxçıvanda keçiriləcək toplantısı ilə bağlı bəyanat yaymışdır.

Nazirliyin bəyanatında bildirilir ki, nazirlərin 2011-ci il aprelin 11-də İranın Urmiya şəhərində keçirilmiş birinci toplantısı ikitərəfli və regional məsələlərin bir masa ətrafında müzakirə edilərək, qarşılıqlı fayda zəminində bütün sahələrdə əməkdaşlığın inkişafında, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm amil olmuşdur.

Xarici işlər nazirləri Naxçıvanda keçiriləcək toplantıda üç ölkəni maraqlandıran məsələlər çərçivəsində regional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparacaq, ikitərəfli görüşlər keçirəcəklər. 

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.