Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələr müzakirə olunmuşdur

 

 Martın 6-da  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavininin köməkçisi Fatih Ceylanla görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunmuşdur.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolları və regionda cərəyan edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.