BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri ilə görüş

 

 Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovla görüşmüşdür. Görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kamran Bağırov da iştirak etmişdir.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın dünyada artan nüfuzu, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanmış, insan hüquqları sahəsində əldə olunan uğurlar və bundan sonra görüləcək işlər müzakirə edilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

V.Şkolnikov insan hüquqları sahəsində ölkəmizin əldə etdiyi uğurları təqdir etmiş, ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da dəstək verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.