Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı ilə mütəşəkkil
cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq
genişlənir
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev martın 1-2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) regionda Transmilli cinayətkarlıq meyillərinin qiymətləndirilməsi üzrə 2011-ci il üçün illik icmalın hazırlanmasına dair İşçi Qrupunun Türkiyənin İstanbul şəhərində keçirilmiş növbəti iclasında iştirak etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Qara dəniz regionunda korrupsiyanın qarşısının alınması və onunla mübarizə üzrə regional səylər üzrə QİƏT-in Regional Planının hazırlanması ilə əlaqədar üzv ölkələr tərəfindən yeniləşdirilmiş məlumatlar təqdim edilmişdir. Eyni zamanda, cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizə üzrə əməkdaşlığa dair İşçi Qrupunun növbəti iclasının gündəliyi müzakirə edilmiş, üzv ölkələrin mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair statistik məlumatlarının öyrənilməsi üçün suallar toplusunun hazırlanması üzrə fikir mübadiləsi aparılmışdır.
İclasda Rövşən
Əliyevin korrupsiyaya qarşı
mübarizə sahəsində Azərbaycan Respublikasında həyata
keçirilmiş qanunvericilik
və institusional islahatlar
barədə çıxışı tədbir
iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycan.- 2012.- 7 mart.- S. 4.