Azərbaycan
Prezidenti İlham Əliyev bp-nin idarə heyətinin sədri
Karl-Henrik Svanberqi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də bp-nin idarə heyətinin sədri Karl-Henrik Svanberqi qəbul etmişdir.
Görüşdə bp-nin ölkəmizdəki uzunmüddətli uğurlu fəaliyyətinin önəmi qeyd olundu, həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər müzakirə edildi, Azərbaycan ilə bp arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 8 mart.- S. 1.