İki ölkə
arasında əməkdaşlığın inkişafında
Azərbaycanın rolu əvəzsizdir
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili martın 7-də "Hilton-Baku" otelində Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, ali qonağı ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş nazir Artur Rasizadə demişdir ki, Azərbaycan Gürcüstanı dost ölkə hesab edir.
Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayan Baş nazir Gürcüstan Prezidentinin bu səfərinin ikitərəfli münasibətlərə yeni töhfə verəcəyini bildirmişdir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Bakıya növbəti səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləmiş, ötən illərdə əldə olunan razılaşmaların bu gün öz bəhrəsini verdiyinin əlamətdar fakt olduğunu vurğulamış, əməkdaşlığın inkişafında Azərbaycanın əvəzsiz rolunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 8 mart.- S. 1.