Səfər başa çatdı

 

 Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri martın 7-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Saakaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 1.