Konqo Respublikasının Prezidenti
zati-aliləri cənab Deni Sassu-Nqessoya
Hörmətli cənab Prezident!
Brazzavil
şəhərindəki hərbi anbarda baş vermiş
partlayışlar nəticəsində çoxsaylı insan tələfatı
xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə
ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün Konqo xalqına öz
adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananların
və xəsarət alanların tezliklə
sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 mart 2012-ci il
Azərbaycan.- 2012.- 8 mart.- S. 1.