Azərbaycan ilə
Niderland Krallığı arasında dostluq və əməkdaşlıq
münasibətləri inkişaf edir
Niderland Krallığının infrastruktur və ətraf mühit naziri Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyəti martın 7-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, görüşdə K.Heydərov son illər Azərbaycanda həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən danışmış, nazirliyin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.
Qonaq Azərbaycan ilə Niderland Krallığı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd etmiş, hər iki ölkənin müvafiq qurumları arasındakı əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında su resurslarının idarə olunması, daşqınların qarşısının alınması sahəsində də müzakirələr aparılmışdır.
Səfər çərçivəsində
niderlandlı qonaqların FHN-in strukturuna daxil olan bir sıra
qurumların fəaliyyəti ilə də
tanışlığı da nəzərdə tutulmuşdur.
Azərbaycan.- 2012.- 8 mart.- S. 5.